Slovakiyada idman təyyarəsi qəzaya uğrayıb, ölən var

Slovakiyada idman təyyarəsi qəzaya uğrayıb, ölən var

Slovakiyanın cənubundakı Nitra bölgəsindəki Komarno şəhəri yaxınlığında idman təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, təyyarədə olan iki nəfərdən biri həlak olub.

Qəza təyyarə qarğıdalı tarlasına sərt eniş edərkən baş verib.

Təyyarənin göyərtəsində olan hər iki şəxs Çexiya vətəndaşı olub. Fövqəladə vəziyyətin səbəblərini xüsusi yaradılmış ekspert komissiyası araşdırır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 13 =