Ən-Nücəba baş katibi İranı terrorizmlə mübarizədə İraqın yanında olduğuna görə yüksək qiymətləndirib

Ən-Nücəba baş katibi İranı terrorizmlə mübarizədə İraqın yanında olduğuna görə yüksək qiymətləndirib

Ən-Nücəba Hərəkatının baş katibi İran İslam Respublikasının terrorla mübarizədə İraqın yanında olmasını tərifləyib.

Ən-Nücəba İslami Müqavimətinin baş katibi Əkrəm Əl-Kəbi Cihadi-kifai fətvasının verilməsi və xalq səfərbərlik qüvvələrinin yaradılmasının ildönümü münasibətilə təbrik məktubunda qeyd edib:

Bu mübarək gündə böyük dövlətlərin İraq ərazilərini işğal etmək, parçalamaq və İraqda soyqırım törətmək üçün külli miqdarda vəsait xərcləmək, terror qruplaşmalarına müxtəlif dəstək vermək planı iflasa uğradı.

Şeyx Əkrəm Əl-Kəbi düşmənin uğursuzluğunu təsvir edərkən belə deyib: Onların cəhdləri boşa çıxdı və Allah onların hiyləsini özlərinə qaytardı.

İraqın saleh övladları ayağa qalxıb qollarını çırmadılar və fitvaya və izzət çağırışına səs verdilər. Onlar imanı və torpaq uğrunda pak qanıları və canlarını fəda edərək igidliyin, mərdaniliyin ən gözəl obrazlarını nümayiş etdiriblər.

O, bu dəyərli nailiyyəti bütün dünyaya mesaj adlandırıb və əlavə edib: “Dünya bilsin ki, qeyrətli İraq qəhrəmanları ABŞ və sionizm tərəfindən yaradılan və külli miqdarda pul sərf edilən mənfur və təkfirçi terror dalğaları qarşısında həmişə dayanacaq və onlara qarşı qalxan olacaqlar.”

Sonda Əl-Kəbi terrorizmə qarşı müqəddəs müharibə zamanı İran İslam Respublikasının İraqa verdiyi dəstək və müqaviməti yüksək qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − 2 =