Yunan polisi əfqan mühaciri öldürdü – OLAY
Publika.az Türkiyə jandarmının məlumatına istinadən xəbər verir ki, Əlibəy kəndi yaxınlığında 8 nəfərlik qeyri-leqal miqrant qrupu Meriç çayı üzərindən Yunanıstana keçmək istəyib.
Bu zaman Yunanıstan tərəfindən atəş açılıb. Qrupda Əfqanıstandan gələn bir miqrant ağır yaralanıb.
Xəbərdarlıq əsasında bölgəyə həkim briqadası göndərilib. Mədəsindən 3 güllə ilə yaralandığı öyrənilən əfqan miqrantı, bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.
Digər qeyri-leqal miqrantlar dindirilmək üçün polis bölməsinə aparılıb.
Publika.az