Fələstin Müqaviməti: Cümə günü işğalçılarla qarşıdurma günü olacaq
Fələstinli qruplar və İsrail həbsxanalarındakı fələstinli məhbusların vəziyyətinə qarşı çıxan müxaliflər cümə gününün işğalçılarla qarşıdurma günü olacağını elan ediblər.
Fələstinin müqavimət qrupları və cinahları dünən (bazar ertəsi) aclıq aksiyası keçirən məhbusların həyatlarına görə bütün məsuliyyətin sionistlərin öhdəsində olduğunu bildirərək sionist hərbçilərlə açıq qarşıdurmaya təkid edib.
Əl-Məyadin internet saytının məlumatına görə, fələstinli qruplar Qəzzədə təcili iclas keçirərək sionist rejimin işğal olunmuş ərazilərdə gərginliyini artırması, həmçinin məhbusların səhhətinin pisləşməsi və aclıq aksiyasını müzakirə ediblər.
Bu arada fələstinli məhbus Xəlil Əvavədə aclıq aksiyasının 103-cu gününə yaxınlaşır.
Raid Riyan sionist rejimin həbsinə etiraz olaraq 67 günlük aclıq aksiyasına başlayan digər fələstinli məhbusdur.
Qəzzə müqavimət qrupları fələstinli məhbusların bu vəziyyətini nəzərə alaraq, gələn cümə gününü xalq aksiyası və sionist işğalçılarla açıq qarşıdurma günü elan etmək qərarına gəliblər.
Fələstin fraksiyaları aclıq aksiyası keçirən məhbusların vəziyyətini izləmək üçün müntəzəm görüşlər keçirəcəklərini açıqlayıblar.
Onlar məhbusların azadlığa nail olması üçün üzərlərinə düşən vəzifələri tam şəkildə yerinə yetirəcəklərini vurğulayıblar.
Tel-Əviv həbsxanalarında fələstinli məhbusların aclıq aksiyaları davam edir və onların sayı günü-gündən artır.
Fələstinli qruplar dünənki iclaslarında işğalçı rejimin həbsxanalarında məhbusların müalicəsini qadağan edən və yaxın vaxtlarda Knessetdə (İsrail parlamenti) təsdiqlənəcək qanunu da pisləyiblər.