Sionist rejim işğal altındakı Qüdsdə bir fələstinlinin evini dağıdıb

Sionist rejim işğal altındakı Qüdsdə bir fələstinlinin evini dağıdıb

İşğalçı rejim qüvvələri işğal altındakı Qüdsün cənub-şərqindəki Sur Bahir qəsəbəsində bir fələstinli evini dağıdıb.

Sionist əsgərlər ağır texnikalarla Sur Bahir şəhərinin Vadiyəl-Homs bölgəsinə hücum edərək, Mahmud Rəbayiə ailəsinə məxsus evi dağıdıblar.

Evin sahibi Mahmud Rəbayiə bildirib ki, işğalçı qüvvələr evimizə basqın edərək qapını sındırıb və ailə üzvlərini çölə çıxarıblar.

Əl-Qüdsul-Ərəbi qəzetinin məlumatına görə, Rəbayiə 7 ildir ki, bu evdə yaşadıqlarını və sionist rejim məhkəməsinin ötən ay onların evinin sökülməsinə göstəriş verdiyini deyib.

Qüdsdəki işğalçı qüvvələr Qüdsün köhnə hissəsinin əsas girişi olan Babəl-Əmudda da alverçiləri döyüb, onların mallarını müsadirə ediblər.

Digər tərəfdən, Fələstinli Əsirlər və Azad şəxslərin işləri üzrə Komitə, xüsusilə işğal altındakı Qüdsdə fələstinli uşaqların həbs edilmə sayının artdığını açıqlayaraq, keçən il 1300 fələstinli uşağın həbs olunduğunu və bunun bir öncəki illə (2020) müqayisədə təxminən 140 faiz artdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =