“Musanın əsası” haker qrupu sionist rejimin elektrik şəbəkəsini həkləyib

“Musanın əsası” haker qrupu sionist rejimin elektrik şəbəkəsini həkləyib

Əvvəllər işğal olunmuş ərazilərin küçələrindəki müşahidə kameralarını və sionist rejimin silah şirkətlərinin kameralarını həkləyən “Musanın əsası” adlı haker qrupu bu dəfə sionist rejimin elektrik şəbəkəsinin uğurla həkləndiyini elan edib.

“Musanın əsası” haker qrupu bu gün axşam saatlarında (çərşənbə günü) sionist rejimin elektrik şəbəkəsinin sındırıldığını elan edib.

Haker qrupu bir video yayımladı və həm ingilis, həm də ivrit dillərində sıxılmış faylda məlumat paylaşdı:

 “Bu, sadəcə başlanğıcdır. Bundan sonra sizə düzəlməz zərər dəyəcək. Biz sizi cəzalandıracağıq. Məqsəd aydın və dəqiqdir. Bu, elektrik şəbəkəsinə çıxışımızın yalnız kiçik bir hissəsidir. Tezliklə qaranlıqda qalacaqsınız.”

 “Musanın əsası” adlı haker qrupu daha əvvəl sionist şirkətlərin məlumat serverlərinə kiberhücum edərək şəxsiyyət vəsiqələri, vəkillərin ofis sənədləri, çeklər, maliyyə hesabatları və s. kimi sənədləri sındıraraq dərc etmişdi.

Musanın əsadı haker qrupu işğal altındakı Fələstinin küçələrindəki müşahidə kameralarının və İsrail ordusu üçün hərbi silah istehsalında fəallıq göstərən Rafael şirkətinin kameralarının uğurla sındırıldığını da açıqlayıb.

Kiberhücumdan sonra qrup daha əvvəl həm ivrit, həm də ingilis dillərində “Biz sizin gözlərinizlə görürük” başlıqlı mesajında bildirmişdi: “Biz sizi illərdir, hər an, hər addımda izləyirik. Bu, daxili müşahidə kameralarına giriş vasitəsilə fəaliyyətlərinizin monitorinqinin yalnız bir hissəsidir. Təsəvvür edə bilmədiyiniz halda sizi hədəfə alacağımızı söyləmişdik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =