Seyid Əbdülməlik Əl-Husi: Allahın iznilə Yəməndə Səudiyyə və BƏƏ-nin təkəbbürü ayaqlar altında qaldı

Seyid Əbdülməlik Əl-Husi: Allahın iznilə Yəməndə Səudiyyə və BƏƏ-nin təkəbbürü ayaqlar altında qaldı

Yəmən Ənsarullah hərəkatının rəhbəri Əl-Hədidə vilayətinin ağsaqqalları və qəbilə başçıları ilə görüşündə bu əyalət əhalisinin mühasirə çətinliyi qarşısındakı səbr və mətanətini vəfadarlıq adlandırıb.

Yəmən Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Əl-Husi bu gün (çərşənbə) Əl-Hədidə əyalətində ağsaqqallar və qəbilə liderləri ilə görüşüb.

Əl-Hədidə internet saytının məlumatına görə, əl-Husi dinləyicilərə bildirib ki, onlar öz əzmkarlıqları və fədakarlıqları ilə Yəmən düşmənlərinin ümidlərini puç edib, Allaha, xalqa və İslam ümmətinə bağlılıq və sədaqətlərini sübut ediblər.

Bu baxımdan Yəmənin Ənsarullah hərəkatının lideri Əl-Hədidəni Yəmən xalqına zülmün böyük simvolu adlandırıb və deyib: Səudiyyə koalisiyası Əl-Hədidə limanını və balıqcıları hədəfə alaraq əyalət xalqına böyük işgəncə verir.

O, əlavə edib: “Təcavüzkar koalisiyasının Yəmənin Əl-Hədidə əyalətində və başqa yerlərdə etdiyi təcavüzlər koalisiya tarixində ən pis səhifələrə damğasını vurdu və Əl-Durəyhimi bölgəsi xalqının böyük, əfsanəvi və qəhrəmancasına müqaviməti Yəmən tarixinin ən qalıcı simvollarından birinə çevrildi.”

Seyid Əbdülməlik əl-Husi vurğuladı: “Biz öz iman və əqidəmiz əsasında hərəkət etməli və bütün mərhələ və şəraitdə bir-birimizlə əməkdaşlıq etməliyik.”

Yəmənin Ənsarullah hərəkatının lideri həmçinin deyib: Düşmən döyüşünün böyük bir hissəsi ümidsizlik yaratmaq və Yəmən xalqını ruhdan salmaq üçün media və təbliğat müharibəsidir.

O, çıxışının digər hissəsində Əl-Hədidə əyalətində kənd təsərrüfatının inkişafına ehtiyac olduğunu vurğulayaraq, bu əyalətin kənd təsərrüfatı məhsullarının istehsalı üçün ən vacib sahələrdən biri olduğunu və hər kəsin bu istiqamətdə çalışmasının zəruri olduğunu bildirib

Əl-Husi Əl-Hədidə əyalətindəki qaçqınlar məsələsinə də toxunaraq, onların səlahiyyətlilərin xüsusi diqqətinə ehtiyacı olduğunu deyib. O, həmçinin Əl-Hədidə əyalətindəki təhlükəsizlik durumundan məmnunluğunu ifadə edərək, Əl-Hədidə əyalətinin əhalisinin tolerant olduğunu, düşmənçilik və nifaqdan uzaq olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 8 =