Əl-Aləm müxbiri üç fələstinli gəncin Cənin düşərgəsində şəhid olmasının təfərrüatlarını bildirib-Video

Əl-Aləm müxbiri üç fələstinli gəncin Cənin düşərgəsində şəhid olmasının təfərrüatlarını bildirib-Video

Sionist sui-qəsd xüsusi təyinatlıları Cənin düşərgəsində 3 gənc fələstinlini birbaşa atəş açaraq öldürüblər.

Əl-Aləm-in Ramullahdakı müxbiri xəbər verir ki, bu cümə səhəri Cənin düşərgəsində işğalçı rejim qüvvələri tərəfindən şəhid edilən üç gənc fələstinli sionistlərin axtardığı müqavimət qüvvələrinin üzvləridir.

Əl-Aləm müxbiri şəbəkənin xəbərlər bölməsinə bildirib ki, Cənin düşərgəsində 3 fələstinlinin öldürülməsi əməliyyatı xüsusi terror təyinatlıları olan və “Alimam” adlanan qüvvələr tərəfindən həyata keçirilib.

O, əlavə edib ki, üç gənc fələstinli şəhidin adları bunlardır: Yusif Nazim Səlah (23 yaş), Bərra Kamal Nəhnuh (24 yaş) və Leys Səlah Əbu Sərvar (24 yaş).

Əl-Aləm müxbiri daha sonra deyib: Şəhidlərin mindiyi avtomobil Cənin düşərgəsinin şərq məhəlləsindən keçərkən sionist maşınları yaxınlaşaraq üç gənc fələstinlinin avtomobilini birbaşa atəşə tutubl və oradan dərhal uzaqlaşıblar. Lakin işğalçı rejim qüvvələri qısa müddət sonra geri qayıdaraq Fələstin müqavimət qüvvələri ilə toqquşub ki, nəticədə 10 fələstinlini yaralayıb.

Əl-Aləm müxbiri əlavə edib ki, Cənin düşərgədə ictimai matəm elan edilib və üç fələstinli şəhidin bu gün, cümə günü dəfn edilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =