Nablusda fələstinlilərin sionistlərlə toqquşması nəticəsində 24 nəfər yaralanıb

Nablusda fələstinlilərin sionistlərlə toqquşması nəticəsində 24 nəfər yaralanıb

Fələstin Qırmızı Aypara Cəmiyyəti cümə günü Nablusun cənubundakı Burin qəsəbəsində fələstinlilərlə İsrail işğalçıları arasında baş verən qarşıdurmalarda bir tibb işçisi də daxil olmaqla 24 nəfərin yaralandığını açıqlayıb.

“Russia Today”-in məlumatına görə, qarşıdurma Cənin şəhərində 3 fələstinlinin şəhid olmasından sonra baş verib.

Nablusdakı (şimal-qərb) Fələstin mediası Nablusun cənubundakı Burin kəndində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma zamanı 5 mülki vətəndaşın plastik güllələrlə yaralandığını, 15 nəfərin isə qaz qubmaralarından təngnəfəsliyə düçür olduğunu bildirib.

Duma qəsəbəsinin girişində sionist mühacirlərin Fələstin avtomobillərinə hücumu nəticəsində bir neçə fələstinli, o cümlədən, bir körpə də yaralanıb.

Digər tərəfdən; Fələstin Muxtariyyət Təşkilatı Administrasiyası və Xarici İşlər Nazirliyi bu gün (cümə) İsrail tərəfindən İordan çayının qərb sahilinin Cənin şəhərində üç gənc fələstinlinin öldürülməsini pisləyib.

Fələstin Administrasiyasının bildirib ki, üç şəhidin öldürülməsi ABŞ-ın gərginliyi dayandırmaq tələblərinə İsrail tərəfindən cavabdır.

Fələstin Xarici İşlər Nazirliyi də öz növbəsində beynəlxalq ictimaiyyəti və insan hüquqlarını müdafiə etmək iddiasında olan ölkələrin İsrailin Fələstin xalqına qarşı cinayətlərinə məhəl qoymamasını pisləyib.

Nazirlik BMT-nin Baş katibi Antonio Quterreşi işğal olunmuş Fələstin xalqı üçün beynəlxalq müdafiə sistemini aktivləşdirməyə çağırıb.

İslami Müqavimət Hərəkatı (HƏMAS) öz növbəsində Fələstin xalqının və müqavimətin düşmənə necə zərbə vuracağını bildiyini və bu sui-qəsdin cəzasız qalmayacağını vurğulayıb.

Fələstin Milli Azadlıq Hərəkatı (Fəth) də bu cümə səhəri Cənin şəhərində baş verən cinayətin nəticələrinə görə İsrail ordusu və hökumətini günahlandırıb.

Fələstin Xalq Azadlıq Cəbhəsi Cənin şəhidləri üçün yas tutaraq, İsrail ordusu və onun mühacirlərinin Fələstin xalqına qarşı törətdikləri cinayətlərin əvəzini ödəyəcəyini vurğulayıb.

BMT-nin məlumatına görə, israilli mühacirlər bu ilin əvvəlindən İordan çayının qərb sahilində fələstinlilərə və onların mülklərinə qarşı 290 hücum həyata keçirib, bunun 230-u maddi ziyanla, 60-ı isə fələstinlilərin yaralanması ilə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + twenty =