Suriyada ABŞ hərbçiləri buğda oğurlayır-Foto

Suriyada ABŞ hərbçiləri buğda oğurlayır-Foto

Suriyanın rəsmi xəbər agentliyi dərc etdiyi bir videoda ABŞ əsgərlərinin ölkədə onlarla yük maşınından buğda oğurladığını bildirib.

Suriyanın rəsmi SANA xəbər agentliyi bu gün günortadan sonra (şənbə günü) ABŞ qüvvələrinin şimal-şərqdə 40 yük maşınından buğda oğurladığını açıqlayıb.

Suriyanın rəsmi Xəbər Agentliyi (SANA) buğda oğurluğu anının videosunu dərc edib: “SANA kamerası ABŞ tərəfindən [Əlcəzirə bölgəsində] 40 böyük yük maşını buğda oğurlamasını qeydə alıb.”

Məlumata görə, amerikalı işğalçılar buğda yüklərini oğurladıqdan sonra Şimali İraqdakı bazalarına qaçaq yolla aparıblar.

Suriyanın yerli mənbələri dəfələrlə ölkənin şərqində yerləşdirilən ABŞ qüvvələrinin Suriya nefti və taxılını qaçaqmalçılıq yolu ilə qonşu ölkələrə daşıdığını bildiriblər.

Suriya Neft Nazirliyinin məlumatına görə, hər gün 70 min barel Suriya nefti ABŞ işğalçı qüvvələri və onun muzdluları tərəfindən şərq bölgələrində oğurlanır.

Suriyaya qarşı apardığı onillik müharibədə ABŞ terror və İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə ölkədəki separatçı yaraqlılara dəstək verib və Suriyanın neftlə zəngin ərazilərini işğal edib.

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp daha əvvəl açıq şəkildə bildirmişdi ki, ABŞ-ın Suriyadakı hərbi mövcudluğu neft quyuları ilə bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 8 =