İraq parlament nümayəndəsi Qasim Süleymaninin şəhadəti ilə bağlı aparılan istintaqın nəticələrini açıqlamağa çağırıb

İraq parlament nümayəndəsi Qasim Süleymaninin şəhadəti ilə bağlı aparılan istintaqın nəticələrini açıqlamağa çağırıb

İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin şəhid komandiri və İraq Həşdi Şəbi Qüvvələrinin rəis müavininə sui-qəsdlə bağlı təhqiqatın nəticələrini təqdim edərkən hökumətin süründürməçiliyini “təəccüblü” adlandırıb. O, istintaqın ictimaiyyətə açıqlanmasını istəyib.

İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Əhməd Əl-Musəvi Əl-Əhd News telekanalına müsahibəsində Nəsr komandirlərinin öldürülməsi ilə bağlı araşdırmanın nəticələrinin dərc olunmasını tələb edib.

İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü vurğulayıb ki, baş nazir Mustafa Əl-Kazimi Süleymani və Əbu Mehdi əl-Mühəndis və onların silahdaşlarının öldürülməsi ilə bağlı aparılan araşdırmanın nəticələrini ictimaiyyətə açıqlamağa borcludur.

Gecikmənin “təəccüblü” olduğunu deyən Əhməd Əl-Musəvi əlavə edib ki, Nəsr komandirlərinin öldürülməsində iştirak edən tərəflər faş olmalı və tədqiqatın nəticələri heç bir gecikmə olmadan parlamentə təqdim edilməlidir.

ABŞ hərbçiləri 2020-ci il dekabrın 4-də səhər saatlarında o zamankı prezident Donald Trampın əmri ilə həyata keçirilən terror əməliyyatı zamanı Qasim Süleymanini və onun bir sıra ətrafını, o cümlədən, Əbu Mehdi Əl-Mühəndisi Bağdad hava limanı yaxınlığında qətlə yetiriblər.

ABŞ-ın bu addımı beynəlxalq reaksiyalara və qınaqlara səbəb olub. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının qanunsuz və özbaşına sui-qəsdlər üzrə xüsusi məruzəçisi Agnes Kalamard keçən il ABŞ-ın general Hacı Qasim Süleymanini şəhid etməsi cinayətini qanunsuz adlandırıb.

ABŞ rəsmilərinin Qasim Süleymaninin öldürülməsinin səbəbi ilə bağlı iddialarını rədd edən Kalamard yazıb ki, Vaşinqton hücuma haqq qazandırmaq üçün kifayət qədər sübut təqdim edə bilməyib.

Terror aktı ABŞ daxilində çoxlu reaksiyalara səbəb olub və ABŞ Konqresinin üzvləri Tramp administrasiyasının bu əməliyyatı heç bir hüquqi sübut və ya istinad olmadan həyata keçirdiyini bəyan ediblər.

Tramp və yüksək rütbəli administrasiya rəsmiləri Prezidentin general Süleymaninin bölgədəki ABŞ personalına qarşı “qaçılmaz” təhdidlərinə cavab olaraq öldürülməsi əmrini verdiyini iddia etdilər, lakin onun administrasiyasının rəsmiləri bu iddianı dəstəkləmək üçün heç bir sübut təqdim edə bilmədi.

Əməliyyatdan sonra o vaxtkı dövlət katibi Mayk Pompeo dəfələrlə Konqres üzvlərinin dinləmələrdə iştirak etmək və hüquqi sənədləri təqdim etmək tələblərini rədd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 2 =