Almaniyada GÜCLÜ YANĞIN: hektarlarla ərazi viran qaldı

Almaniyada GÜCLÜ YANĞIN: hektarlarla ərazi viran qaldı

Bu barədə Publika.az Almaniyanın “Berlin Spectator” nəşrinə istinadla xəbər verir.

Söhbət Brandenburq bölgəsindəki Treuenbritzen şəhərindən gedir. Bu şəhərdə ümumilikdə 8 minə yaxın sakin yaşayır. Hazırda üç rayondan insanlar təxliyə edilib – təxminən 700 nəfər.

Yerli medianın məlumatına görə, cümə günü axşam saatlarında baş verən yanğın, meşəlik və kənd bölgəsində yüz hektara yaxın ərazini viran qoyub.

“Biz bütün sakinlərdən evlərini tərk etmələrini xahiş edirik, bu, məşq deyil”, – şəhər meriyası mikrorayon sakinlərinə bildirib.

Rəsmilər bildirir ki, güclü külək yanğının yayılmasını sürətləndirir və müdaxilə qüvvələrinin işini çətinləşdirir.

Bir neçə federal polis və ordu helikopteri ərazi yaxınlığındakı göldən su götürərək yanğınsöndürənlərə havadan dəstək verir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 4 =