Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, yağış yağacaq

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, yağış yağacaq

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 22-si günün ikinci yarısından 23-ü axşamadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s olacaq.

Azərbaycanın rayonlarında

İyunun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 24-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + five =