ABŞ hava limanına eniş edən təyyarə YANDI: 126 sərnişin…
Publika.az xəbər verir ki, bu barədə NBC telekanalı hava limanının rəhbərliyinə istinadla məlumat yayıb.
Təyyarə yerli vaxtla təxminən 17:30-da yerə enib. Eniş zamanı ön şassi sıradan çıxıb və təyyarə alovlanıb, lakin yanğın tez bir zamanda söndürülüb.
Təyyarənin göyərtəsində 126 nəfər olub. Onlardan 3-ü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qalan sərnişinlər avtobusla terminala aparılıb.
Report.az