Rusiyada hərbi hissədə PARTLAYIŞ: ölənlər var

Rusiyada hərbi hissədə PARTLAYIŞ: ölənlər var

Rusiyanın Vladimir vilayətinin Barsovo kəndində hərbi hissədə partlayış baş verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, partlayış nəticəsində 4 nəfər həlak olub. Məlumata görə, partlayış mərmilərin boşaldılması zamanı baş verib. Bildirilir ki, mərmilər boşaldılarkən onlardan biri partlayıb.

Həlak olanlar arasında üç hərbi qulluqçu və bir mülki şəxs də var. 5 nəfər isə yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, bu gün Rostov vilayətində ən böyük neft məhsulları tədarükçüsü olan Novoşaxtinsk neft emalı zavodunda yanğın baş verib. Hadisənin “Bayraktar – TB2” tərəfindən zərbə endirilməsi nəticəsində baş verdiyi bildirilib.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =