Britaniya ATƏT-in sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinə viza verməyib
Böyük Britaniya ATƏT-in növbəti sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinin viza müraciətinə rədd cavabı verib.
APA-nın “Reuters“ə istinadən xəbərinə görə, məlumatı Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Vladimir Djabarov bildirib.
O, ATƏT-in növbəti sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinin üzvlərinə Britaniya vizasının verilmədiyini bildirib.
Qeyd edək ki, ATƏT-in növbəti, 29-cu sessiyası 2-6 iyul tarixlərində İngiltərənin Birminqem şəhərində keçiriləcək.
Apa.az