Rusiyanın qaz tədarükünü kəsməsi Aİ-nin 12 ölkəsinə təsir edib
Rusiyanın qaz tədarükünü kəsməsi Avropa İttifaqının 12 ölkəsinə təsir edib.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) iqlim siyasəti üzrə rəhbəri Frans Timmermans bildirib.
O qeyd edib ki, Rusiya enerjidən silah kimi istifadə edir və bu günlərdə qaz tədarükünün dayandırılması ilə bağlı əlavə bəyanatlar veriləcək.
“Bütün bunlar Rusiyanın bizim birliyimizi sarsıtmaq cəhdləridir”, – Timmermans Avropa Parlamentində deyib.
Onun sözlərinə görə, indi 12 üzv ölkə Rusiyanın tədarükü birtərəfli qaydada dayandırmasından təsirlənib: “Qaz tədarükünün tam dayandırılması riski indi hər zamankından daha realdır”.
Apa.az