Əl-Husi Səudiyyə koalisiyasına xəbərdarlıq etdi: Siz daha ağrılı zərbələr alacaqsınız

Əl-Husi Səudiyyə koalisiyasına xəbərdarlıq etdi: Siz daha ağrılı zərbələr alacaqsınız

Yəmənin Ali Siyasi Şurasının üzvü təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına xəbərdarlıq edib ki, Yəmən xalqına qarşı təcavüz və mühasirəyə nə qədər davam etsələr, zərbələr bir o qədər sərt, daha böyük və ağrılı olacaq.

Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi cümə axşamı günü ölkə qüvvələrinin zalım düşmənlə mübarizə aparacağını vurğulayıb.

Əl-Husi bir sıra yəmənli komandirlərin məzuniyyət mərasimində deyib:

Diviziya komandirləri də silahlı qüvvələrin və xalq komitələrinin və təhlükəsizlik qüvvələrinin digər qəhrəmanları kimi düşmənlərin fitnələrinə qarşı möhkəm bir qaladırlar.

 “Əl-Məsirə” xəbər şəbəkəsi Yəmən rəsmisinə istinadən məlumat yayıb:

“Bu gün Yəmən beynəlxalq sui-qəsdlə üz-üzədir. Bu, təkcə bu ölkənin ərazisi ilə məhdudlaşmayıb, bütün İslam ümmətini əhatə edib.”

O, həmçinin təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına daxil olan ölkələrə xəbərdarlıq edib:

“Ölkəmizi işğal edənlərə deyirik ki, siz millətimizi nə qədər mühasirəyə almağa davam etsəniz, bir o qədər ağır, daha böyük və daha ağrılı hücumlara məruz qalacaqsınız.”

Əl-Husi Yəmən qüvvələrinin düşməndən və onun fitnələrindən qorxmadıqlarını, Allaha iman və təvəkkül etdiklərini qeyd edərək deyib: “Düşmən ABŞ və İsrailə arxalanır. Bizim qüvvələrimizin silahı iman və səbirdir, amma düşmənlər Amerikanın silahına inanırlar.”

Sonda o, Yəmən qüvvələrinin Yəməni təhdid edən təhlükələrlə üzləşməyə davam edəcəyini vurğulayıb.

Yəmənin Ali İnqilab Komitəsinə sədrlik edən Əl-Husi Səudiyyə koalisiyasını iyunun sonunda müvəqqəti atəşkəs qətnaməsinin müddəalarını yerinə yetirmədiyinə görə tənqid edib.

Yəmənin Milli Qurtuluş Hökumətinin müdafiə və təhlükəsizlik üzrə baş nazirinin müavini Cəlal əl-Ravişan da ötən şənbə günü atəşkəs elan olunduqdan sonra Səudiyyə koalisiyası tərəfindən atəşkəsi pozduğuna dair sübutların olduğunu və koalisiyanın öhdəliyi və onun müddəalarını yerinə yetirmədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =