Səhrada 1200 yaşlı məscid aşkar edildi-Foto

Səhrada 1200 yaşlı məscid aşkar edildi-Foto

İsrailin Neqev səhrasındakı Rahat şəhərində qazıntı işləri zamanı yaşı 1200-dən çox olan kənd məscidi aşkar edilib.

Lent.az xəbər verir ki, bu barədə İsrailin Qədim Tarix İdarəsi məlumat yayıb.

VII-VIII əsrlərdə tikildiyi ehtimal olunan məscid kvadrat şəkilli 1 otaqdan və mehrabdan ibarətdir. Burada eyni anda onadək şəxsin ibadət etməsi mümkün olub.

İsrailli arxeoloqlar bildirirlər ki, bura yaxın ərazidə 2019-cu ildə qazıntı zamanı da başqa bir kənd məscidi aşkara çıxmışdı. Bunlar İslam dünyasının ən qədim məscidləri arasında yer alır.


 Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 13 =