Səudiyyə Ərəbistanında ən gənc şiə məhbus azad edilib

Səudiyyə Ərəbistanında ən gənc şiə məhbus azad edilib

Səudiyyə rəsmiləri ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfəri ərəfəsində ən gənc siyasi məhbusu azad ediblər.

İnsan haqları təşkilatlarının məlumatına görə, Səudiyyə Ərəbistanı hakimiyyəti cümə günü həbs olunan və ölüm cəzası gözlənilən 10 yaşlı şiə gənci azad edib.

Londonda yerləşən “Əl-Qist” insan haqları təşkilatı öz “Twitter” səhifəsində yazıb: “Murtaci Qariris 2011-ci ildə cəmi 10 yaşında olarkən etiraz aksiyalarında iştirak etdiyi üçün həbs edilib.

Təşkilat deyib: “Qaririsin həbsi baş verməməli olan bir hadisə idi.” Müvəqqəti həbsdən dörd il sonra və 18 yaşına çatmazdan əvvəl ona ölüm cəzasını tövsiyə edən ittiham aktı təqdim edildi.

Son aylarda Səudiyyə Ərəbistanı hakimiyyəti üç gənc şiəni, o cümlədən 2016-cı ildə edam edilməsi Səudiyyə Ərəbistanında etirazlara səbəb olan tanınmış səudiyyəli din xadimi Şeyx Nimr Baqir Ən-Nimrin qardaşı oğlunu azad edib.

Səudiyyə Ərəbistanının baş prokuroru Qaririsin “ekstremist terror qruplaşması” ilə əlaqəli olduğunu və etirazlar zamanı zorakılıq hərəkətləri etdiyini, o cümlədən “Molotov kokteyli”nin hazırlanmasına köməklik göstərdiyini iddia edib. Lakin Qaris bu ittihamları rədd edib.

2018-ci ildə Səudiyyə rəsmiləri bəzi cinayətlərə görə yetkinlik yaşına çatmayanlar üçün edam cəzasının dayandırıldığını elan ediblər. Amma bu qadağa bütün halları əhatə etmirdi.

Səudiyyə Ərəbistanı 2019-cu ildə əksəriyyəti şiə olan 37 Səudiyyə vətəndaşını terrorizmlə əlaqəli ittihamlarla kütləvi edama məhkum edərək edam edib.

Bir çox beynəlxalq insan haqları təşkilatları, xüsusən də ABŞ və Avropada Səudiyyə Ərəbistanının qanunlarındakı boşluğun səudiyyəli hakimlərə yetkinlik yaşına çatmayanlara edam cəzası verməyə davam etməsinə imkan verəcəyindən narahatlığını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =