Kolumbiya hərbçiləri 82 milyon dollar dəyərində narkotik maddə müsadirə edib

Kolumbiya hərbçiləri 82 milyon dollar dəyərində narkotik maddə müsadirə edib

Kolumbiya Hərbi Dəniz Qüvvələri 3 ton kokain və marixuana ələ keçirərək, onların Mərkəzi Amerika ölkələrinə daşınmasına mane olub.

APA xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Dieqo Molano Twitter-də yazıb.

“Narkotik ticarətinə qarşı qətiyyətli mübarizə çərçivəsində Hərbi Dəniz Qüvvələrimiz Choco və Valle del Cauca departamentlərində 3 tona yaxın narkotik maddə ələ keçirdi. Biz Mərkəzi Amerika ölkələrinə təxminən 6 milyon doza kokain və marixuananın daşınmasının qarşısını aldıq” deyə nazir bildirib.

Hərbi Dəniz Qüvvələri ələ keçirilən narkotiklərin qara bazarda 82 milyon dollar dəyərində olduğunu təxmin edir.

APA.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + four =