8 günlük aclıq aksiyasından sonra fələstinli məhbusun vəziyyəti pisləşib

8 günlük aclıq aksiyasından sonra fələstinli məhbusun vəziyyəti pisləşib

Mayın 5-də sionist rejim tərəfindən əsir götürülən yaralı fələstinli məhbus Mahmud Əd-Dəbinin 8 günlük aclıq aksiyasından sonra halı pisləşib.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, fələstinli məhbus İsrail həbsxanasında qeyri-insani saxlanmasına və ağır işgəncələrə məruz qalmasına etiraz olaraq aclıq aksiyası keçirib.

Əd-Dəbi mayın 5-də İsrail işğalçıları ilə 5 saatlıq silahlı toqquşmadan sonra Cənin şəhərində əsir götürülüb.

Fələstinli məhbusun atası onun vəziyyətinin araşdırılması üçün hüquqi qurumların dərhal müdaxiləsini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + eight =