Finlandiya XİN: “PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq”
“PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq”.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.
Nazir ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı üçlü memorandumdan sonra PKK-ya qarşı Türkiyə ilə əməkdaşlığa başlayacaqlarını bildirib.
“Türkiyə tərəfindən bildirilən şəxslər və şəxslərlə bağlı əlavə məlumatlara baxırıq. Səlahiyyətlilərimiz arasında yaxın zamanda əməkdaşlıq qurulacaq. Hər şeyi qanunauyğun olaraq edəcəyik”, – Haavisto vurğulayıb.
Report.az