ABŞ lideri: “Türkiyə ilə F-16 qırıcıları məsələsini həll etməliyik”

ABŞ lideri: “Türkiyə ilə F-16 qırıcıları məsələsini həll etməliyik”

“Türkiyə ilə F-16 qırıcılarının modernləşdirilməsi məsələsini həll etməliyik. Bunu etməmək bizim marağımızda deyil. Bu mövzuda dekabrdan bəri mövqeyimi dəyişməmişəm”.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bunu etmək üçün Konqresin təsdiqinə ehtiyacımız var. Bu təsdiqi də alacağımızı düşünürəm”, – dövlət başçısı qeyd edib.

Xatırladaq ki, NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Baydena arasında görüş olub. Danışıqlar zamanı ABŞ liderinin həmkarına F-16 ilə bağlı sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib. Söhbət 40 yeni “F-16 Block 70” qırıcısından və Türkiyənin mövcud təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın komplektdən gedir.

Reprot.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × four =