16 yaşlı şəhidin dəfn mərasimində fələstinlilərin izdihamlı iştirakı-Video

16 yaşlı şəhidin dəfn mərasimində fələstinlilərin izdihamlı iştirakı-Video

Ramallahın şərqində 16 yaşlı fələstinli yeniyetmə şəhid Məhəmməd Abdullah Hamidin dəfn mərasimi çoxlu sayda insanın iştirakı ilə keçirilib.

Bu gənc fələstinli şəhid keçən cümə günü Siludda aldığı xəsarətlərdən həlak olub, lakin İsrail qüvvələri onun cəsədini təhvil verməkdən imtina edib.

Dəfn mərasimi bu gün, cümə axşamı Ramaullahdakı Fələstin Tibb Kompleksinin qarşısında keçirilib.

Bu mərasimdə xalq və müqavimət qruplarının nümayəndələri şüarlar səsləndirərək işğalçıların cinayətlərinə silahlı müqavimətlə cavab verməyi tələb ediblər.

HƏMAS İslami Müqavimət Hərəkatı gənc fələstinli mücahid Abdullah Məhəmməd Həmid (16 yaşlı) və onun əsir düşən qardaşı Əhməd Həmidə, ailəsinə və yaxınlarına başsağlığı verib.

HƏMAS nümayəndəsi bu mərasimdə deyib: İşğalçıların fələstinlilərin qanına susaması bu cinayətkar rejimin beynəlxalq qanunlara məhəl qoymamasının sübutudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =