Yunanıstan “F-35” qırıcılarını almaq üçün ABŞ-a müraciət edib
Yunanıstan ABŞ-a bir eskadrilya Amerika F-35 qırıcı-bombardmançı təyyarələrinin alınması ilə bağlı rəsmi müraciətlə məktub göndərib.
APA xəbər verir ki, bu barədə “Associated Press“ agentliyi xəbər verib.
Məlumata əsasən, bu qərarı NATO-nun Madriddə keçirilən sammiti zamanı Yunanıstanın baş naziri Kiriakos Mitsotakis jurnalistlərə bildirib.
O, Yunanıstanın daha sonra belə təyyarələrin əlavə partiyası sifariş edəcəyini istisna etməyib:
“Bu prosesin bir hissəsi sorğu məktubu göndərməkdir ki, bu yaxınlarda biz bunu etdik”.
Apa.az