“Aere” tufanının Yaponiyanın cənubuna yaxınlaşması ilə bağlı xəbərdarlıq edilib

“Aere” tufanının Yaponiyanın cənubuna yaxınlaşması ilə bağlı xəbərdarlıq edilib

Sakit okeanda əmələ gələn “Aere” tufanı Yaponiyanın cənub-qərb ərazilərinə doğru hərəkət edir.

Trend-in məlumatına görə, bu barədə iyulun 1-də Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Mərkəzi hissəsində küləyin sürətinin saniyədə 18 metrə çatdığı tufanın hazırda Filippin dənizində olduğu qeyd edilir.

Bildirilir ki, iyulun 3-də tufanın Yaponiyanın Okinava adalarına yaxınlaşacağı gözlənilir. Bundan sonra onun şimal-qərb istiqamətində hərəkət edəcəyi, Kyuşü adasının və Yaponiyanın digər ərazilərinin cənub-qərbindən keçəcəyi proqnozlaşdırılır.

Bununla əlaqədar yapon meteoroloqlar qeyd edilən ərazilərdə leysan yağışlar, güclü külək və böyük dalğaların olacağı barədə xəbərdarlıq ediblər.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 16 =