Bolqarıstan sahillərində dəniz minası aşkar edilib

Bolqarıstan sahillərində dəniz minası aşkar edilib

Bolqarıstan Hərbi Dəniz Qüvvələri Varna şəhərindən 26 mil məsafədə dəniz minası aşkar edib.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın müdafiə naziri Draqomir Zakov bildirib.

Onun sözlərinə görə, minanı hərbçilər zərərsizləşdirilib. Qeyd olunur ki, Bolqarıstan sahillərində dəniz minasını ticarət gəmisinin heyət üzvləri aşkar edib və bu barədə hərbi qüvvələrə məlumat verib.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başladıqdan bəri bir neçə dəfə Qara dənizin Türkiyə, Bolqarıstan və Rumıniya sahillərində minalar aşkar edilib.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − eight =