Mossadın Türkiyədəki Fələstin müqavimət liderlərinə casusluq cəhdinin ifşası

Mossadın Türkiyədəki Fələstin müqavimət liderlərinə casusluq cəhdinin ifşası

Əl-Cəzirə xəbər kanalı “Mossad” təşkilatının Türkiyədə casus qrupları yaratmaq cəhdlərini açıqlayıb.

Əl-Cəzirə telekanalında yayımlanan “Ma xəfa Əzəm” proqramı sionist rejimin “Mossad” xarici kəşfiyyat təşkilatının Türkiyədə casus dəstələri yaratmaq cəhdini ifşa edib.

Əl-Cəzirənin bu proqramında Mossadın Türkiyədə mühüm təhlükəsizlik və praktiki sahələrdə təhsil alan ərəb tələbələri, xüsusilə də fələstinli tələbələri cəlb etməyə çalışdığı bildirilir.

“Ma xəfa Əzəm” proqramında Mossadın Türkiyədə casus dəstələri yaratmaqda məqsədinin İstanbulda yaşayan Fələstin müqavimət liderləri haqqında hər hansı məlumat əldə etmək olduğu açıqlanıb.

Fələstin İnformasiya Mərkəzi bildirib ki, “Ma xəfa Əzəm” proqramının ixtiyarında Mossad zabitlərinin İstanbuldakı casuslara göndərdiyi bank köçürmələrinin sənədləri var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =