Amerikanın Hizbullahın Kariş qaz yatağı platformasına pilotsuz təyyarələr göndərməsinə reaksiyası
Kariş qaz yatağı danışıqlarındakı Amerika nümayəndəsi Amos Hochstein bildirib ki, Hizbullahın Kariş qaz yatağına pilotsuz təyyarə göndərməsi danışıqların dayandırılmasına səbəb ola bilər, ona görə də Livan hökumətindən bu məsələ ilə bağlı izahat tələb edib.
“Qənahəl-Cədid” saytının məlumatına görə, Hochstein Livan parlamentinin sədr müavini Elias Busab da daxil olmaqla cənub mavi sərhədlərinin çəkilməsindən məsul olan bir sıra Livan rəsmiləri ilə əlaqə saxlayıb və son hadisələrlə bağlı ötən şənbə günü izahat istəyib.
Hochstein aydınlaşdırıb ki, Hizbullahın Kariş qaz yatağı üzərində pilotsuz təyyarə uçurması danışıqlar prosesini dayandıra və son danışıqların müsbət gedişatına təsir edə bilər.
Livan Hizbullahı bəyanat yayaraq, iyulun 2-də şənbə günü günortadan sonra Cəmil Sakkaf və Mehdi Yağinin qruplaşmasının Kariş qaz yatağındakı mübahisəli əraziyə müxtəlif ölçülü üç silahsız kəşfiyyat təyyarəsi göndərdiyini açıqlayıb. Hizbullah öz bəyanatında bu pilotsuz təyyarələrin öz missiyasını yerinə yetirdiyini və (bizim) mesajımızı çatdırdığını açıqlayıb.
Qeyd edək ki, dünən, bazar günü sionist rejimin mediası bu rejim ordusunun Aralıq dənizi suları üzərində Hizbullaha məxsus 3 pilotsuz uçan aparatı hədəfə aldığını açıqlamışdı.