Hizbullah pilotsuz təyyarələri Tel-Əvivə xəbərdarlıq edir

Hizbullah pilotsuz təyyarələri Tel-Əvivə xəbərdarlıq edir

Livanın keçmiş nümayəndəsi çıxışında vurğulayıb: İşğalçı rejim bilməlidir ki, Livan hökuməti ilə razılaşma olmadan Kariş qaz yatağından neft və qaz çıxara bilməyəcək.

Beynəlxalq hüquq professoru və Livan Nümayəndələr Palatasının müqavimətə bağlı “Vəfa” fraksiyasından olan keçmiş üzvü Nəzih Mənsur mübahisəli qaz yatağı üzərində pilotsuz təyyarələrin uçuşunu çox önəmli hesab edib.

Nəzih Mənsur bildirib ki, sionist düşmən İslam müqavimətinə aid üç pilotsuz təyyarənin mübahisəli qaz yatağı üzərində uçduğunu etiraf edib. Həmçinin, düşmən bu üç pilotsuz təyyarəni qırıcıların və yer-hava raketlərinin köməyi ilə vurduğunu elan edib.

Livanın bu keçmiş nümayəndəsi əlavə edib ki, Hizbullahın baş katibi daha əvvəl bəyan etmişdi ki, o, beynəlxalq qanun və qaydalara uyğun olaraq bağlanmış razılaşma və Livan və işğal olunmuş Fələstin arasında dəniz sərhədlərinin çəkilməsi istisna olmaqla, düşmənin mübahisəli ərazidən neft və qaz çıxarmasına mane olacaq.

Nəzih Mənsur vurğulayıb:  Bu, təhlilə və şərhə ehtiyac olmayan açıq bir mesajdır və işğalçı rejim və Qərb və Şərq ölkələri və bu rejimin arxasında duranlar, xüsusilə də Amerika hökuməti bu mesajı yaxşı anlamalıdır, çünki nə Yunan gəmisi, nə də freqatlar Nə ABŞ, nə də NATO müqaviləsi Livanın neft və qaz hüquqlarının pozulmasına qarşı hər hansı bir hərbi əməliyyatlar aparmasının qarşısını ala bilməz.

Vaşinqton üçün bir variant var, o da düşmənin Livanın son təklifini qəbul etmək öhdəliyidir, əks halda vəziyyət xoşbəxt sonluqla bitməyəcək istiqamətə yönələcək. İndi sual yaranır ki, görəsən, Vaşinqton və Tel-Əviv bu üç pilotsuz təyyarənin mesajını alıb, ya yox?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + four =