Özbəkistana 5 raket atıldı
Publika.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İyulun 5-də saat 16:20 radələrində Əfqanıstan ərazisindən atılan beş raketin Özbəkistanın sərhəd ərazisinə düşdüyü ehtimal edilir. Bundan sonra partlayış baş verməyib. Tələfat və dağıntılar barədə məlumat verilməyib”, – məlumatda deyilir.
Nazirliyin məlumatına görə, Özbəkistanın cənubundakı Termez şəhərində dörd fərdi evə cüzi ziyan dəyib. Beşinci mərmi futbol meydançasında tapılıb. Onlar bomba mütəxəssisləri tərəfindən zərərsizləşdirilib. Özbəkistanın hüquq-mühafizə orqanları Əfqanıstan tərəfi ilə birlikdə insidentlə bağlı araşdırma aparır.
Publika.az