Aşiqlərin Şəcərə Miqatı ilə vidası-Mədinənin son zəvvarları Məkkəyə yola düşüblər

Aşiqlərin Şəcərə Miqatı ilə vidası-Mədinənin son zəvvarları Məkkəyə yola düşüblər

Zilhiccə ayının 5-də məğrib azanı aşiqlərin qulağına çatdı, Mədinənin son karvanları Şəcərə məscidində namaz qılıb dostla görüşmək üçün Məkkəyə yola düşdülər.

H.ş. 1401-ci il Mədinənin son zəvvarı və sonuncu karvanı Peyğəmbərin (s) şəhəri ilə vidalaşaraq Məkkəyə yola düşdülər.

Həcc və Ziyarət Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, onlar məhəbbətlə ehram paltarlarını geyinib Peyğəmbərin (s) şəhəri, Allah Rəsulu (s), həzrət Əli və Bəqidə həzrətin övladları ilə vidalaşdılar.

Bu gün Zilhiccə ayının 5-nə təsadüf edir və Şəcərə məscidində yüzlərlə ağ geyimli mələk peyda olur və Ləbbeyk deyərək Məkkəyə yola düşür.

Gözəl xurma ağacları, sarı və rəngarəng işılı Şəcərə məscidi hacıların ləbbəyk nidasının şahidi olur və bir müddət sonra Müqəddəs Kəbənin qarşısında baş əyəcək iranlı zəvvarların sonuncu dəstəsini qəbul edir.

Aşiqlər bu gecə məhəbbət namazı qılıb minlərlə başqa zəvvarlara qoşulurlar ki, bir neçə gündən sonra hamısı Ərəfatda, Müzdəlifədə və Minada hazır olsunlar.

Qeyd edək ki, bu gecə, bazar ertəsi, iyulun 4-ü bütün iranlı zəvvarlar Məkkədə iştirak edəcəklər və bir neçə gündən sonra Təmətto Həcci başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =