Fələstinli məhbusların Allah Evinin zəvvarlarından kömək istəməsi
Sionist rejimin zindanında olan bir qrup fələstinli məhbus Beytullahil-Həram zəvvarlarına sevgi dolu salam göndərərək onlardan yardım istəyib.
Sionist rejimin zindanında olan bir qrup fələstinli məhbus işğal altındakı zindanlar, karantin otaqları və tək kameraların içindən Beytullahul-Həram zəvvarlarına, Ərəb və İslam ümmətinə və xüsusilə də Allahın zəvvarlarına müraciətində sevgi və eyni zamanda həsrətlə salam göndərmiş və yazmışlar: “Bizi dualarınızda unutmayın!”
Bu mesajda deyilir: Bu gün sizinlə yazılı mesajla danışırıq və sabah sizinlə üzbəüz danışacağıq və Allahın köməyi ilə tezliklə Məscidül-Əqsada görüşəcəyik.
Namaz mehrabı ilə cihad arasında birləşmək və işğalçı rejimlə başlanğız nöqtəsindən qarşı-qarşıya gəlmək və davamlı qarşıdurma vəziyyətində olmaq bizdə iman və təqvanın artmasına səbəb olub.
Əziz zəvvarlar! Bu gün biz Uca Allahın ən gözəl günlərində yaşayırıq və siz yer üzünün ən pak yerindəsiniz və bizim qəlbimiz bu torpaqda addım atmağa can atır.
Sizdən xahiş edirik və hamımız ümid edirik ki, işğalçıların zindanı və onların lənətlənmiş zəncirləri bizi vəhy diyarından məhrum etsə də, dualarınızda bizi unutmayacaqınız.
Bizim üçün mərhəmətli Allahdan çətinliklər müqabilində səbir, dözüm və qələbə diləyin.
Ümid edirik ki, Allah tezliklə kədərimizi aradan qaldıracaq və biz də ailələrimizə qovuşacaq və əzəmətli Allahın lütfü ilə sizinlə birlikdə Allahu Əkbər nidalarıyla Beytul-Məqdisi fəth edəcəyik.