Geosiyasi savaş Azərbaycana yaxınlaşır – TƏHLÜKƏ

Geosiyasi savaş Azərbaycana yaxınlaşır – TƏHLÜKƏ



Publika.az 
xəbər verir ki, bu coğrafiyalardan biri də Cənubi Qafqazdır.

Pakistanlı analitik Ağa Hüseyn hesab edir ki, Rusiya və Çinin maraqları Mərkəzi Asiyadan fərqli olaraq, Cənubi Qafqazda daha çox toqquşur.

“Cənubi Qafqazın strateji mövqeyi Pekin və Moskvanın orada uzlaşmağsını çətinləşdirir. Avrasiyada hegomonluğun qorunub saxlanılması baxımından da Rusiya üçün Cənubi Qafqaz Mərkəzi Asiyadan daha həssas regiondur, çünki Azərbaycan, Gürcüstan və Ermənistanın qeyri-rus torpaqlarına çıxışı Mərkəzi Asiya ölkələrindən qat-qat genişdir. Bunun sayəsində region ölkələri Qərblə də güclü əlaqələr qura biliblər. Bu baxımdan, Rusiya Çin və Avropa İttifaqı arasında “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Cənubi Qafqazın ticarət mərkəzinə çevrilməsi perspektivindən narahatdır”, – pakistanlı analitik yazır.

Onun fikrincə, Cənubi Qafqaz üç güc mərkəzinin – Qərb, Rusiya və Çinin toqquşma coğrafiyasına çevrilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + nine =