Güclü maqnit qasırğası XƏBƏRARLIĞI: Üç gün davam edəcək
Yayın əvvəlindən bəri ən güclü maqnit qasırğası bu gündən, iyulun 5-dən Yer kürəsini əhatə edəcək və üç gün davam edəcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, proqnoza görə, Günəş aktivliyinin artımının başlanğıcı bu gecəyə düşür və 3 bal səviyyəsinə çatacaq.
Daha sonra iyulun 6-da səhər və günortadan sonra Günəş aktivliyinin zirvəsi gözlənilir – yayın əvvəlindən bəri maksimum 5 bala çatacaq. Axşama doğru cüzi enişə gedəcək – 4 bala qədər.
İyulun 7-də Günəş Yerə hücum etməyə davam edəcək, lakin artıq əvvəlki gündən çox zəif olacaq – 3 bal.
Nəhayət, iyulun 8-də axşam saatlarında geomaqnit vəziyyət tədricən normala enəcək.
2022-ci ilin iyul ayı üçün maqnit qasırğalarının proqnozuna əsasən, Günəş aktivliyinin təzahürləri yenə gözlənilir:
• kiçik maqnit dalğalanmaları: 8, 14, 17-21, 24, 25;
• ciddi maqnit qasırğaları: 15, 16, 22, 23 iyul.
Lent.az