Suriya ordusu ABŞ hərbi karvanını geri çəkilməyə məcbur edib

Suriya ordusu ABŞ hərbi karvanını geri çəkilməyə məcbur edib

Suriya ordusu Əl-Həsəkə əyalətindəki keçidlərdən birindən keçmək istəyən Amerika zirehli maşın karvanını geri çəkilməyə məcbur edib.

Rifəl-Həsəkədəki bəzi yerli mənbələr bildiriblər ki, Suriya ordusunun bu şəhərin şərqindəki strateji əhəmiyyətli “Kovkəb” dağında yerləşən əsgər və zabitləri çərşənbə axşamı (dünən) Suriya hökumətinin nəzarəti altında olan ərazilərə nüfuz etməyə çalışan Amerikanın zirehli konvoyunu geri çəkilməyə məcbur ediblər.

Bu mənbələr bu amerikan konvoyunun 6 hərbi maşınla birlikdə Amerika ordusunun dəstəklədiyi “QSD” qüvvələrinə aid bir cipdən ibarət olduğunu və bu avtomobillərin Əl-Mucibrə və Əs-Sibat kəndlərindən keçərək Rifəl-Həsəkədə Amerika bazalarına getmək istədiklərini bildiriblər.

Sputnik xəbər agentliyinin məlumatına görə, şəhər sakinləri də Suriya ordusuna bu konvoyla mübarizədə və onu ərazidən qovmaqda kömək ediblər.

Mənbələr Suriya ordusunun Amerika hərbi karvanı ilə qarşıdurmasının xalqın Amerika hərbçilərinin öz ərazilərində olmasına və neft, qaz, un və ölkənin təbii sərvətlərinin oğurlanmasına qarşı çıxması ilə uyğun olduğunu bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − four =