Sabah temperatur 40 dərəcəyə qədər qalxacaq

Sabah temperatur 40 dərəcəyə qədər qalxacaq

İyulun 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 13 =