Meksikada silahlı hücumda 7 nəfər ölüb
Meksikanın Quanaxuato ştatında ev qonaqlığında baş verən silahlı hücumda 7 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, ştatın Leon şəhərində baş verən olayda həlak olanlar arasında 17 yaşlı yeniyetmə də var.
Eyni zamanda 14 yaşlı uşağa 5 güllənin tuş gəlməsinə baxmayaraq, o sağ qala bilib və xəstəxanaya qaldırılıb.
Bildirilib ki, insidenti hadisə yerinə motosikletlə gələn cinayət qrupunun törətdiyi ehtimal edilir.
Report.az