Ağcabədidə həyətdəki su quyusundan nə qədər qızıl tapılıb? – Video
Publika.az-ın əməkdaşı məsələni araşdırmağa çalışıb.
Hacılar kəndinin icra nümayəndəsi Ramil Əliyev Publika.az-a açıqlamasında deyib ki, həmin hadisə indi yox, iki il əvvəl baş verib:
“Hadisənin indi baş verməsi həqiqətə uyğun deyil. Bu, 2 il əvvəl olmuş hadisədir. O vaxt gəlib baxdılar, gördülər ki, su quyusundakı qızıl deyil, başqa metaldır. Kimsə həmin xəbəri sosial şəbəkələrdə yenidən paylaşıb və belə anlaşılmazlıq yaranıb. O vaxt kənd sakini qapısında su quyusu qazarkən gözünə parıltı dəyib. Həmin vaxt aidiyyatı qurumlara məlumat verilmişdi, polislər də gəlmişdi. Araşdırdılar, gördülər ki, qızıl deyil. Hazırda həmin ev yiyəsizdir. Yiyəsi də Bakıda yaşayır. Yəni, elə bir şey yoxdur. Tapılan isə qızıla bənzəyən bir əlvan metal idi, amma qızıl deyildi. O vaxt dedilər ki, güya, Kəlbəcərin qızılıdır, torpağın altı ilə axıb gəlib”.
Publika.az