Sionist media: Baydenin səfəri zamanı Səudiyyə Ərəbistanı ilə bəzi əməkdaşlıqlar açıqlanacaq

Sionist media: Baydenin səfəri zamanı Səudiyyə Ərəbistanı ilə bəzi əməkdaşlıqlar açıqlanacaq

Sionist media iddia edib ki, ABŞ prezidentinin işğal olunmuş Fələstinə səfəri zamanı Tel-Əviv və Ər-Riyad münasibətlərində baş verən bəzi hərəkətlər açıqlanacaq.

Sionist rejimin “Kan” televiziya kanalı adının çəkilməsini istəməyən rejimin yüksək vəzifəli rəsmisinə istinadən iddia edib ki, bu rejim ilə Səudiyyə Ərəbistanı arasında son təsdiq mərhələsində olan əlaqələrdə tədbirlər görülüb və bu, ABŞ prezidenti Co Baydenin səfəri zamanı açıqlana bilər.

Bu sionist şəbəkənin hesabatına əsasən, bu tədbirlərə aşağıdakılar daxildir:

 “1948-ci ildə işğal olunmuş Fələstin ərazilərinin zəvvarlarını daşımaq üçün İsraildən Məkkəyə təyyarənin uçuşu, Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq və tərəfdaşlıq, İsrailin Səudiyyə Ərəbistanı üzərində mülki təyyarə uçuşlarına icazə verilməsi, İsrail ilə Körfəz,ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın gücləndirilməsi, hava hücumundan müdafiə və dənizçilik sahəsində və yanğınlar, təbii fəlakətlər və fövqəladə hallarla bağlı qarşılıqlı fəaliyyət kimi müdafiə sahələrində əməkdaşlıq, eləcə də texnoloji sahələrdə əməkdaşlıq.

 “Əl-Xəlic Online” saytının məlumatına görə, “Kan” telekanalı həmçinin bildirib ki, Baydenin işğal olunmuş Fələstinə səfəri zamanı Bayden və İsrailin baş naziri “Yair Lapid” arasında “Qüds bəyannaməsi” adlı sənəd imzalanacaq. Bu, dörd səhifəlik bir sənəddir.

Bu şəbəkə sionist rejimin yüksək rütbəli rəsmisinə istinad edərək bildirib ki, bu bəyanat “Amerikanın İsrailin təhlükəsizliyi, onun rifahı və iki tərəf arasındakı münasibətlərə sadiqliyini ifadə edən tarixi bir bəyanatdır”.

Sionist Kan şəbəkəsi iddia edib ki, Qüds Bəyannaməsi “İrana və onun nüvə proqramına və regional fəaliyyətlərinə qarşı vahid mesaj və İranın nüvə silahına sahib olmasına icazə verməmək və İsrailin özünü müdafiə etməsinə icazə vermək öhdəliyidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 13 =