Uşaqlar arasında naməlum hepatit yayılır – ÖLDÜRÜCÜDÜR

Uşaqlar arasında naməlum hepatit yayılır – ÖLDÜRÜCÜDÜR

https://lent.az/banner/web/ChefBaku-555×100/fz984q5l.html Uşaqlar arasında naməlum mənşəli hepatit yayılır. 

Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, naməlum hepatitə mindən çox uşağın yoluxması qeydə alınıb. 

İyulun 8-nə olan məlumata görə, xəstəlik nəticəsində 22 uşaq dünyasını dəyişib. Xəstəliyin ilk aşkarlandığı, yəni aprelin 5-dən iyulun 8-dək 35 ölkədə 1010 mümkün hepatit xəstəsi olub. 

Xəstəliyin dəqiq mənşəyi isə məlum deyil. Bəzi hallarda xəstələrin də SARS-CoV-2 koronavirusuna yoluxduğu aşkarlanıb, lakin xəstəliklər arasında əlaqə hələ müəyyən edilməyib.

Xatırladaq ki, İyunun 26-da Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə komitəsi meymun xəstəliyinin yayılması ilə bağlı vəziyyəti qiymətləndirərək onu “fövqəladə vəziyyət” adlandırıblar.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 7 =