Latviya 2023-cü ildən Rusiyadan qaz almayacaq
Latviya parlamenti “Energetika Haqqında” qanuna dəyişikliyi yekun oxunuşda qəbul edib.
APA “Delfi”yə istinadən xəbər verir ki, yeni dəyişikliyə əsasən, 2023-cü il yanvarın 1-dən Rusiyadan qaz alışına qadağa qoyulur.
Dəyişikliklə yanaşı, Rusiya qazına qoyulan qadağa ilə bağlı digər Aİ ölkələri ilə əməkdaşlıq sxemləri də razılaşdırılıb.
APA.az