Fələstin vətəndaşlarının “Baydenin səfərinə yox” şüarı ilə nümayişi

Fələstin vətəndaşlarının “Baydenin səfərinə yox” şüarı ilə nümayişi

Fərqli şəhərlərdə çox sayda Fələstin vətəndaşı, ABŞ prezidentinin səfərinə etiraz olaraq, Fələstin rəhbərliyinin onu xoş qarşılamaması lazım olduğunu vurğuladı.

Onlarla Fələstin vətəndaşı cümə axşamı ABŞ prezidenti Co Baydenin işğal olunmuş Fələstin ərazilərinə səfərini pisləyib.

Anadolu xəbər agentliyi Fələstin vətəndaşlarının etiraz aksiyası keçirərək, Baydenin Fələstin rəhbərliyi tərəfindən qarşılanmamasını tələb etdiklərini bildirib.

Bu etirazlar Fələstinin müxtəlif şəhərlərində, o cümlədən İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərində fələstinli qruplara bağlı komitənin koordinasiyası ilə keçirilib.

Etirazçılar əllərində “Amerika siyasətlərinə yox” və “Baydenin Fələstinə səfərinə yox” yazılmış plakatlar tutublar.

Fələstin qruplarının koordinatoru Nəsr Əbu Ceyş bu etirazlar zamanı etdiyi çıxışda Baydenin Fələstinə səfərini qınadı və dedi: “Baydenin Beytə-Ləhmə səfəri xoş qarşılanmır. Çünki bu səfər İsraili bütün səviyyələrdə dəstəkləmək üçündür və Fələstin xalqının hüquqlarına ziddir. “

O, Amerika hökumətinin bu günə qədər verdiyi vədlərə əməl etmədiyini bildirib və vurğulayıb: Amerikadan eşitdiklərimiz ancaq vədlər və şüarlardır. Fələstin Muxtariyyət təşkilatının rəsmiləri Baydeni Beyti-Ləhmdə qarşılamamalıdır.

Əl-Məyadin xəbər kanalı həmçinin bildirib ki, Fələstinli siyasi və xalq qrupları Baydenin səfərini pisləmək üçün bu ölkə vətəndaşlarından bir neçə dəfə bu etirazlar zamanı toplaşaraq Fələstin bayrağını qaldırmalarını istəyiblər.

Fələstinli qruplar vurğulayırlar ki, Baydenin səfərindən məqsəd sionist rejimə kömək etmək və bu rejimin regiondakı maraqlarını dəstəkləmək və ərəb ölkələrinin resurslarını sionistlərin xeyrinə talan etməkdir.

Fələstinli Jurnalistlər Dərnəyi də Qəzzə şəhərinin mərkəzində toplaşaraq, Əl-Cəzirə telekanalının jurnalisti Şirin Əbu Aqilənin öldürülməsinin səbəbkarlarının məsuliyyətə cəlb olunmasını tələb edib.

Bu birliyin katibi Məhəmməd Əbu Qəmər də deyib: Beynəlxalq hüquqi qurumlar Əbu Aqilənin qətlinə cavab olaraq sionist rejimi xəbərlərdən və beynəlxalq platformalardan çıxarmalıdırlar. Amerika da bu cinayətdə məsuliyyətlii və şərikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − eleven =