Aİ XİN başçıları Rusiyaya qarşı 7-ci sanksiya paketini müzakirə edəcək
Avropa İttifaqına üzv dövlətin xarici işlər nazirləri iyulun 18-də Belçikanın paytaxtı Brüsseldə keçirəcəkləri növbəti görüşdə Rusiyaya qarşı yeni sanksiyaları və Ukrayanaya əlavə hərbi yardımı müzakirə edəcək.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətindən iyulun15-də jurnalistlərə bildiriblər.
Məlumata görə, nazirlər Rusiyaya qarşı 7-ci sanksiyalar paketini müzakirə edəcək. Bu paketin iyulun sonunda qəbul ediləcəyi nəzərdə tutulur. Orada Rusiya qızılının ixracına qadağa qoyulacağı gözlənilir.
Report.az