Pakistanın cənub-qərbində 9 yaraqlı zərərsizləşdirilib

Pakistanın cənub-qərbində 9 yaraqlı zərərsizləşdirilib

Pakistanın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində “Bəlucistan Azadlıq Ordusu”nun (BLA) ekstremist qruplaşmasının azı doqquz silahlısını zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin İdarələrarası İctimai Əlaqələr Xidməti (ISPR) məlumat yayıb.

Xüsusi təyinatlı qüvvələrin Ziarat şəhəri yaxınlığındakı dağlarda keçirdiyi antiterror əməliyyatı Pakistan ordusunun polkovnik-leytenantının bu yaxınlarda oğurlanaraq öldürülməsində iştirak edən terrorçuların məhv edilməsi məqsədi ilə həyata keçirilib.

Ekstremistlərlə atışma zamanı bir hərbçi həlak olub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − fourteen =