Ağ Ev rəsmisi: “Putin Krım ssenarisini TƏKRARLAYIR”
Publika.az xəbər verir ki, bu sözləri Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
Bu barədə jurnalistlərə açıqlama verən Kirbi “Rusiya lideri Putin 2014-cü ilin ssenarisini təkrarlayır” deyərək, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrinə artıq rusiyapərəst idarəçilərin təyin edilməsinə diqqət çəkib.
Kirbi Rusiyanın bu istiqamətdə “qanunsuz” addım atacağı təqdirdə ABŞ-ın çox sərt cavab verəcəyini də bəyan edib.
Publika.az