Türkiyənin hücumundan sonra İraqda bir günlük matəm elan edilib-Foto

Türkiyənin hücumundan sonra İraqda bir günlük matəm elan edilib-Foto

Türkiyənin ölkənin şimalında turistlərə hücumundan sonra İraqın baş nazirliyi bütün İraqda bir günlük matəm elan edib.

Türkiyə sərhədində artilleriya hücumu nəticəsində 32 iraqlı turistin öldürülməsi və yaralanmasından sonra İraqın baş naziri Mustafa Əl-Kaziminin ofisi bu gün (cümə axşamı) bütün İraqda ictimai matəm elan edib.

Bağdad əl-yəvm internet saytının məlumatına görə, İraq Baş Nazirinin ofisi bəyanatında bu hadisədə həlak olanları “şəhid” adlandırıb və qeyd edib:

 “Baş nazirlik cümə axşamı Türkiyənin Dohuk əyalətindəki kurortlardan  birinə vəhşicəsinə hücum nəticəsində şəhid olanlar üçün bir günlük matəm elan edir.”

İraq hökuməti 9 nəfərin ölümü və 23 nəfərin yaralanmasına görə Türkiyənin məsuliyyət daşıdığını bildirdiyi halda, Türkiyə Xarici İşlər Nazirliyi Dohuk vilayətinin şimalındakı kurortlardan birinə artilleriya hücumunda ölkə ordusunun hər hansı əli olduğunu təkzib edib və bunu PKK ilə əlaqələndirib.

Digər tərəfdən, PKK açıqlamasında hücuma məruz qalan bölgədə heç bir qüvvəsinin olmadığını və həmin ərazilərin türk hərbçiləri tərəfindən işğal edildiyini açıqlayıb.

İraq xəbər mənbələri dünən axşam saatlarında Türkiyə ordusunun ölkənin şimalına hücum edərək İraqın Kürdüstan bölgəsindəki kurortlardan birini vurduğunu bildiriblər.

İraq mediası bu hücumdan sonra çoxlu mülki vətəndaşın öldüyünü, bir neçəsinin isə yaralandığını bildirib. Bu hesabatın dərcindən bir neçə dəqiqə sonra İraq Təhlükəsizlik İnformasiya Mərkəzi medianın xəbərini təsdiqlədi və bu hücumdan sonra 9 nəfərin öldüyünü, 23 nəfərin yaralandığını açıqladı.

Bununla bağlı İraqın baş naziri Mustafa Əl-Kazimi bu hücumu Türkiyəyə aid edərkən vurğulayıb: “İraq bu təcavüzlərə cavab vermək hüququnu özündə saxlayır və bu ölkənin xalqını qorumaq və bunun cavabını nəticələrini vermək üçün bütün lazımi tədbirləri görəcək.”

Sədr hərəkatının lideri Seyid Müqtəda Əs-Sədr də açıqlamasında bildirib: “İraqın Xarici İşlər Nazirliyinin zəif açıqlaması xaricində cavab verə bilməyəcəyini düşünən Türkiyə həyasızlığını artırdı. Ona görə də ilk addım kimi mən bəzi tədbirlə görülməsini tklif edirəm

Bu gün Bağdaddan olan minlərlə insan Türkiyə səfirliyi qarşısına toplaşaraq bu ölkə əleyhinə sərt şüarlar səsləndirib və Ankara səfirinin ölkədən çıxarılmasını tələb edib.

Həmçinin bu gün bu ölkənin Ərbildəki konsulluğundan Türkiyə bayrağı endirilib. İraqın Kərkük şəhərində Türkiyəyə vizaların verilməsi üçün xüsusi mərkəz də bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =