Amerika polisinin 2 qaradərili ilə amansız davranışı: 23 yaşlı gənc öldürülüb

Amerika polisinin 2 qaradərili ilə amansız davranışı: 23 yaşlı gənc öldürülüb

İki ayrı insidentdə Amerika polisinin iki qaradərili gənclə vəhşicəsinə rəftarı ölkə polisində formalaşan irqçiliyin son hadisəsidir.

Amerika mətbuatı Amerika polisinin 2 qaradəriliyə qarşı vəhşi davranışını 2 ayrı hadisədə xəbər verib.

Bu hadisələrdən birində 23 yaşlı qaradərili gənc polis tərəfindən güllələnib.

İlk insidentdə Kaliforniyanın cənubunda bir polis məmuru 23 yaşlı qaradərili gənci güllələyib. Bu hadisə şənbə günü baş verib, lakin çərşənbə günü NBC News xəbər yayıb.

San Bernardino polis məmuru Darren Qudman verdiyi açıqlamada şənbə günü iki polis məmurunun bir iş yerinin dayanacağında silahlı qaradərili adam olması ilə bağlı məlumat aldığını söyləyib.

Qudmanın dediyinə görə, zabitlər gələndə Rob Adams adlı silahlı şəxs avtomobilə doğru getməyə başlayıb.

Qurbanın anası bu xəbəri təkzib edib. O, Rob Adamsın əlində silah yox, telefon olduğunu və polis gələnə qədər onunla danışdığını deyib.

Qurbanın anası Tamika Kinq deyib ki, videoda Adamsın rəfiqəsinin yeni avtomobil almasına sevindiyi aydın görünür. O, jurnalistlərə açıqlamasında “Videoda görə bilərsiniz ki, oğlum nə baş verdiyindən xəbəri olmadığı üçün sevindiyindən rəqs edir. Telefonla danışırdım, birdən güllə səsi eşitdim, oğlum mənimlə vidlaşa da bilmədi.”

İşin vəkili “Ben Crump” da polisin izahatını şübhə altında qoyub. “Bu ana silah səslərini eşitdir. Davamlı atəş səsi eşidildi və bundan sonra oğlundan bir daha səsə gəlmir.

Başqa bir hadisədə Tennessi Təhqiqat Bürosu yol hərəkəti qaydalarını pozduğuna görə polis tərəfindən döyülərək elektrik cərəyanı verilən qaradərili kişinin vəhşicəsinə həbs edilməsini araşdırır.

NBC News-un məlumatına görə, polis qaradərili şəxsi evinə qədər təqib edib, ailə üzvü döyülmə və elektrik cərəyanı vurması səhnəsini orada lentə alıb.

Qeydə alınan video Oakland Polis Departamentinin əməkdaşlarının bir adamı evinə qədər təqib etməsi ilə başlayır. Zabitlərdən biri əlində dəyənək, digəri isə silahla silahlanmışdır.

İçəridə bir qadın qışqırır: “Brandon, Brandon, bədsirin,  vurmayın onu!”

Daha sonra polis məmurları qaradərili kişini evin içində, yuxarı mərtəbədə təqib edirlər. Qadın soruşur: “Niyə onu təqib edirsən? Niyə vurursan? Onun silahı yoxdur”.

Üçüncü polis məmuru gəldikdən sonra hər üç zabit qaradərili şəxsi həbs etməyə çalışır. Qaradərili adam otaqdan çıxanda üzü qan içində olur.

Polisin bildirdiyinə görə, polis 25 yaşlı Brendon Kalloveyi dayandırmaq işarəsinə məhəl qoymadığına görə həbs etməyə çalışıb.

Polis bildirib ki, Chevrolet markalı avtomobildə olan Kallovey maşını yüksək sürətlə idarə edib və o, polisin saxlama tələblərinə məhəl qoymayanda polis onu təqib edib.

Polisin verdiyi məlumata görə, o, daha sonra avtomobili evinə sürüb və maşını saxlayıb evin içərisinə qaçıb.

Polis əməkdaşları zorla evə girərək Kalloveyin gizləndiyi otağı açıblar. Zabitlərdən biri şokerlə ona hücum edib, digəri isə dəyənəklə döyüb.

Polis Kalloveyi qanundan qaçmaqda, asayişi pozmaqda, dayanma əmrinə tabe olmamaqda və sürət həddini aşmaqda ittiham edib.

Polis bu qaradərilinin döyülməsinin səbəbi ilə bağlı NBC-yə izahat verməkdən imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + nineteen =