75 fələstinli məhbus aclıq aksiyası keçirir
75 fələstinli məhbus iki məhbus yoldaşlarına dəstək olaraq aclıq aksiyasına başlamaq qərarına gəlib.
75 fələstinli məhbus “Rayid Rayan” və “Xəlil Əvadeh”lə həmrəylik məqsədilə kütləvi aclıq aksiyasına başlamaq qərarına gəlib.
“Rayid Rayan” və “Xəlil Əvadeh” aylardır aclıq aksiyası keçirirlər və fiziki vəziyyətləri çox pisdir. Qərbi Qüdsün Beyti Duq şəhərindən olan 28 yaşlı Rayid Rayan uzun müddət həbsdə saxlanmasına etiraz olaraq 108 gündür aclıq aksiyası keçirir.
Onun barəsində əvvəlcə 6 ay həbs qəti imkan tədbiri seçilib, sonra isə həbsi daha 6 ay uzadılıb. “Rayid Rayan” 3 il əvvəl 21 ay həbs edilib.
Bəzən istintaq aparılmadan iki ilə qədər davam edən bu həbs növü Fələstində “inzibati həbs” kimi tanınır və insan haqları təşkilatları dəfələrlə bu həbs növünə kəskin etiraz ediblər.
Qərbi Hebronun Azna qəsəbəsindən olan 40 yaşlı Xəlil Əvadeh ikinci dəfə aclıq aksiyasına başlayıb və 22 gündür bu vəziyyətdədir. O, əvvəl 111 gün aclıq aksiyası keçirib, sonra isə Tel-Əviv rejimi onun inzibati həbsinə son qoyacağına söz verib, lakin vədəsinə əməl etməyib. Əvadeh aksiyaya yenidən başlayıb.
O, hazırda Asif Hərufe xəstəxanasındadır.
Hazırda 4600 kişi və qadın fələstinli məhbusdan 682-si inzibati həbsdədir. Eyni zamanda, fələstinli məhbuslar inzibati həbsə etiraz olaraq 203 gündür ki, məhkəmələrə getməyi boykot ediblər.